Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra aktlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib, sərəncam imzalanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının, rayon (şəhər) təhsil şöbələrinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon təhsil şöbələrinin Mərkəzi mühasibatlığının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 yanvar tarixli Qərarında dəyişiklik edilib. Həmçinin Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamında olan və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsi nəzərdə tutulan ləğv edilmiş Kəngərli və Sədərək rayon baytarlıq şöbələrinə məxsus əsas vəsaitlərin Siyahısı” təsdiq olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: