Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə qeydə alınan namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, namizədlər arasında Naxçıvan televiziyasının əməkdaşı Təhminə Babayeva da var. O, 28 saylı Naxçıvan şəhər seçki dairəsindən öz namizədliyini irəli sürüb.
Qeyd edək ki, Təhminə Babayeva 1998-ci ildən Naxçıvan Televiziyasında müxtəlif vəzifələrdə çalışıb, Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalistidir.