NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Əbrəqunus kəndində “Ailə təsərrüfatlarının inkişaf yolları və texnikalardan səmərəli istifadə” mövzusunda tədbir keçirilib.
Ailə təsərrüfatı üzvlərinin qatıldığı tədbiri rayon icra hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsinin əhəmiyyətindən danışıb. Rayonun ötən ilki sosial-iqtisadi inkişafından bəhs edən Sərxan Hüseynov bildirib ki, ötən ilin noyabr ayında Naxçıvan şəhərində keçirilən ailə təsərrüfatı məhsulları festivalına Culfa rayonu üzrə 34 sahibkar tərəfindən 155 növdə 2811 qablaşdırılmış məhsul çıxarılıb. 2018-ci ildə kredit təşkilatları tərəfindən 574 kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 93 min 900 manat kredit verilib.
Tədbirdə bir sıra mövzular ətrafında çıxışlar olub. Çıxış edənlər təmsil etdikləri qurumlar tərəfindən ailə təsərrüfatlarına göstərilən qayğıdan və yaradılan şəraitdən bəhs ediblər. Bildiriblər ki, 2019-cu ilin Ailə təsərrüfatları ili elan olunması kəndin təsərrüfat adamlarının daha səmərəli fəaliyyətinə stimul verəcək.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Məhəmməd Fərəcov