Babək rayonunda vətəndaş qəbulu keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 29-da  Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Babək rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Babək rayonu, Babək şəhəri, Azadlıq küçəsi 44A ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 545-75-35 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: