Şərurda 60-dək ünvanda müxtəlif istiqamətli yenidənqurma və ya tikinti işləri aparılır - VİDEO

A- A A+

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası Şərurda da davamlı inkişafa təkan verib. Yeni müəssisələr, iş yerləri açılır, əhalinin məşğulluğu artırılır. Bu gün Şərur rayonu tikinti meydançasına çevrilib.

Ölkə iqtisadiyyatının gücləndirilməsində özəl sektor mühüm rol oynadığı üçün respublikamızda bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara uzunmüddətli kreditlərin verilməsi, onların problemlərin həllinə həssaslıqla yanaşılması regionda güclü sahibkarlar təbəqəsinin formalaşmasına gətirib çıxarır.

Şərur rayonunda da sahibkar­lar göstərilən dövlət qayğısından yetərincə bəhrələnərək fəaliyyətini genişləndirir, yeni yaşayış binaları və iş yerləri tikilir. Bu gün rayonda 60-dək ünvanda müxtəlif istiqamətli yenidənqurma və tikinti işləri aparılır.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: