ANAMA üç vəzifə üzrə vakansiya elan edib

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən struktur bölmələrində “xüsusi texnika üzrə rəhbər”, “xüsusi texnika üzrə qrup rəhbəri” və “təmir işləri üzrə baş mütəxəssis” vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-dan NUHÇIXAN-a bildirilib ki, namizədlərin müvafiq sahədə ali və ya orta-ixtisas təhsili və 2 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (diplom, sertifikat, vəsiqə, arayış və s.);

∙ əmək kitabçasının surəti.

Sənəd qəbulu sentyabrın 15-dək aparılacaq.

Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: