Culfada əhalinin su təminatı yaxşılaşdırılır - VİDEO
Naxçıvanda əhalinin içməli və təsərrüfat su təminatı yaxşılaşdırılır. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bu istiqamətdə işlər Culfa rayonunda da uğurla davam etdirilir.
Hazırda Bənəniyar kəndinin içməli suya olan tələbatını yaxşılaşdırmaq üçün kənddə həm təmir işləri aparılır, həm yeni xəttlər çəkilir. Çalışırıq ki, kənddə bütün evlərə su verək. Hazırda artezian xəttini işləyirik. 90 mm-lik plastik borularla xətt yenilənəcək , 37 evin suyu veriləcəkdir.
Qeyd edək ki, son iki ayda həm Bənəniyar, həm də Əbrəqunus kəndlərində suvarma suyu ilə bağlı mühüm işlər görülüb.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: