Sinoptiklər xəbərdarlıq edirlər...

A- A A+

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-25 metrədək güclənəcəyi gözlənilir. Yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında yanvarın 28-i və 29-da havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Yanvarın 27-29-da qərb küləyinin əsəcəyi, bəzi rayonlarda sürətinin arabir saniyədə 9-14 metr olacağı, bəzi Kür çökəkliyi rayonlarında 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: