“Nuhçıxan” İnformasiya Agentliyinin saytında yeni bölmə yaradılıb

A- A A+

Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur.

NUHÇIXAN İnformasiya Agentliyinin saytında  “Naxçıvan Muxtar Respublikası-95 ” adlı bölmə yaradılıb. Bu bölmədə Naxçıvanın tarixi və muxtar respublika kimi keçdiyi inkişaf yolu ilə bağlı rəsmi sənədlər, video və fotoşəkillər  yerləşdirilib. Naxçıvanın tarix və mədəniyyətini əks etdirən film və vidoçarxlarla da həmin bölmədə tanış olmaq mümkündür. Bölmənin  daha da zənginləşdirilməsi istiqamətində işlər davam etdiriləcək. 

Xatırladaq ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov  yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Muxtar respublikada muxtariyyatın yubileyi ilə bağlı il boyu  silsilə tədbirlər keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: