Naxçıvan şəhərində 50-dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 50-dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.

Yarmarkada Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə yarmarkanın açılışı münasibətilə iştirakçıları təbrik edib, çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, Muxtar respublikada işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də mühim əhəmiyyət daşıyır. Əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir. 

Qeyd edək ki, yarmarkada 30 dan artıq dövlət,, 20-dən artıq özəl müəssisədən ümumilikdə 350 dən çox vakansiya yarmarkada işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: