Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında Şura iclası keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, YAP Şahbuz Rayon Təşkilatında keçirilən 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan Şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov çıxış edib. Bildirib ki, 2018-ci ilin fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında partiyanın sədri cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin yekdilliklə irəli sürülməsi, 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilməsi Yeni Azərbaycan Partiyasının böyük siyasi qələbəsi oldu.

Qeyd olunub ki, rayon partiya təşkilatı 45 ərazi ilk partiya təşkilatında 3639 nəfər partiya üzvünü birləşdirir. Ötən il 68 nəfər partiya sıralarına qəbul edilib. Rayon partiya təşkilatı tərəfindən 2018-ci ildə şura və idarə heyətinin fəaliyyəti müntəzəm olaraq əlaqələndirilib, iclaslar, nizamnamə tələblərinə uyğun keçirilib, qəbul edilən qərarların icrası nəzarətdə saxlanılıb. Partiya fəallarının iştirakı ilə tarixi və əlamətdar günlərlə bağlı tədbirlər keçirilib. Keçirilən tədbirlərin əsas məqsədi rayon ictimaiyyəti, əhali arasında aparılan ideoloji işin daha da genişləndirilməsinə yönəldilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rəfael Babayev bildirib ki,  partiyanın rayon təşkilatı fəaliyyətə başladığı  gündən rayonun ictimai-siyasi həyatında  yaxından iştirak edərək rayon əhalisinin sıx birliyini nümayiş etdirib.

Qeyd olunub ki, Yeni Azərbaycan partiyası Şahbuz Rayon təşkilatı öz sıralarını 2019-cu ildə daha da genişləndirəcək, vətənpərvər gənclərin partiyaya qəbulu ilə əlaqədar ərazi təşkilatlarında qəbulların daha keyfiyyətli  kadrlar hesabına formalaşmasını təmin edəcək.

Məruzə ətrafında çıxışlar edilib. 

Sonda təşkilatın 2019-cu il üçün iş planı təsdiq olunub.

                                           

                                            Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: