Naxçıvanda Təcili Tibbi Yardım Xidməti üçün 52 avtomobil alınacaq

A- A A+

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Dövlət Proqramına uyğun olaraq Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası gücləndirilir. Belə ki, əhaliyə daha keyfiyyətli təcili və təxirəsalınmaz tibbi xidmət göstərmək üçün 52 ədəd təcili tibbi yardım avtomobilinin (sadə differensiallı təcili tibbi yardım avtomobilləri, perinatal küvezlə təchiz olunmuş təcili tibbi yardım avtomobilləri, xüsusi yolsuzluq ərazi üçün təcili tibbi yardım avtomobilləri) alınması üçün müvafiq işlər həyata keçirilir. Təcili tibbi yardım avtomobillərinin alınması, köhnə avtomobillərin daxili təchizatının yaxşılaşdırılması, 26 geolokasiyada yerləşən təcili tibbi yardım şöbələrinin təchizatının gücləndirilməsi üçün aparılan satınalma prosesləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: