Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyatı Agentliyi tərəfindən Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobus marşrutlarında sərnişin sıxlığı nəzərə alınaraq həmin istiqamətlərdə reyslərin sayı artırılır.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, vətəndaşlar əlavə olunmuş avtobus reysləri üzrə ətraflı məlumatları və biletləri Naxçıvan şəhərində o cümlədən, Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən avtovağzalların kassalarından əldə edə bilərlər.