Amerika və Kanada alimləri Ebola qızdırmasını müalicə etməyi öyrəniblər

A- A A+

İnsanlarda Ebola qızdırması xəstəliyi törədən virus 1976-cı ildə aşkar edilib və eyniləşdirilib. O vaxtdan tibb statistikası bu dəhşətli xəstəlik nəticəsində 11 mindən çox ölüm faktını qeydə alıb. Qızdırmaya yoluxma xəstənin qanı və ifrazatı vasitəsilə baş verir.

Bu yaxınlara qədər xəstəlik sağalmaz sayılırdı. Ötən il yoluxmanın qarşısını alan, lakin xəstəliyin müalicəsində səmərəsiz olan vaksin yaradılıb. İndi isə yeni vasitə - tərkibində 2013-2016-cı illərin epidemiyası zamanı salamat qalmış insanın orqanizmində əmələ gələn anticisim olan MBP13 preparatı işlənib hazırlanıb.

NUHÇIXAN “medvesti.com”a istinadla xəbər verir ki, virusun canlı orqanizmdə yaşamasının qarşısını alan preparatın səmərəliliyi eksperimental yolla (hind donuzları üzərində) sübuta yetirilib.

Mütəxəssislər müxtəlif anticisimlər dəstini elə düzüblər ki, onlar nəinki ölümsaçan mikroorqanizmləri bloklayır, həm də immun sistemi hüceyrələrini canlandırır. Özü də yeni preparatın səmərəliliyi hətta xəstə ilə təmasın yeddinci günü də saxlanılır və virusun əsas ştammlarını – Bundibugyo, Zair və Sudan ştammalarını bloklayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: