FHN: Amfibiya tipli təyyarə İzmir-Urla istiqamətindəki meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə səngiməyən güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə NUHÇIXAN-a FHN-dən bildirilib.
Qeyd edilib ki, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
"Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir", - məlumatda vurğulanıb.