Hər il 12 milyon hektar münbit torpaq deqradasiya nəticəsində itir.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Qeyd olunub ki, 20-ci əsrdə quraqlıq 10 milyondan çox insanın ölümünə səbəb olub, hər il 55 milyon insan, 2000-2019-cu illərdə isə 1,4 milyarddan çox insan əziyyət çəkir.
Ən problemli ərazilərdən biri ərazisinin təxminən 50%-ni səhralarla əhatə edən Afrika qitəsidir (onların ən böyüyü - Sahara - 9,2 milyon kv. km-dən çox və ya Afrika ərazisinin 30%-ni əhatə edir).
Afrikada, əsasən Nigeriya, Çad, Niger, Efiopiya, Somali və Sudanda quraqlıq səbəbindən təxminən 3 milyon kvadrat kilometr ərazi deqradasiya təhlükəsi altındadır.