Alimlərin yeni kəşfi qan xəstəliklərini uğurla müalicə edə biləcək

A- A A+

Avstraliyanın Murdoch Pediatrik Tədqiqat İnstitutunda aparılan araşdırmalar çərçivəsində laboratoriyada istehsal edilən kök hüceyrələr siçanlara uğurla yeridilib.

NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, laboratoriyada yetişdirilmiş həmin kök hüceyrələr siçanların təxminən 50 faizinin çoxmərhələli sümük iliyinin formalaşması zamanı müşahidə edilib. Tədqiqatçılar laboratoriyada yetişdirilən kök hüceyrələrin siçanlara uğurla yeridilməsinə baxmayaraq, insanlar üzərində klinik sınaqların aparılmasının hələ tez olduğunu bildiriblər.

Xəstələrdən alınan nümunələrdən yaradılan kök hüceyrələrin donor və hüceyrənin alıcısı arasında uyğunsuzluq riskini aradan qaldıra biləcəyini ifadə edən tədqiqatçılar, bu şəkildə istehsal edilən kök hüceyrələrin sümük iliyi kimi qan xəstəliklərinin genetik səbəblərini aradan qaldıraraq xəstələri müalicə edə biləcəyini bildirib.

Araşdırma “Nature” jurnalında dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: