Bütün dünyada ölümün əsas səbəbi ürək-damar xəstəlikləri sayılır.
Bu xəstəliklərin isə əsas səbəbi yüksək təzyqdir. Mütəxəssislər təzyiqə daim nəzarət etməyi və onu normada saxlamağı tövsiyə edirlər. Bu məqsədlə hipertoniya xəstələrinə təzyiqi salan dərman preparatları təyin olunur. Bəzi təbii vasitələr də təzyiqi salmağa yardım edə bilər. NUHÇIXAN sizə bu vasitələrdən bəzilərini təqdim edir:
1. Reyhan
Sidikqovucu və iltihab əleyhinə təsirə malik olan reyhan təzyiqi salmağa kömək edir.
Təzyiqi salan reyhan dəmləməsinin resepti: 1 x.q. xırda doğranmış reyhanın üzərinə 1 stəkan isti su tökün, soyuyanda adi çay kimi için.
2. Darçın
Antioksidant və efir yağları ilə zəngin olan darçın həmçinin təzyiqi salmaq xüsusiyyətə malikdir.
Bu məqsədlə darçını qatığa (1 ç.q. darçın + 1 stəkan təzə qatıq) əlavə etmək və ya isti suda (1 ç.q. darçın + 1 stəkan isti su) dəmləmək olar. Bu vasitələr həmçinin qanda şəkəri də salır, arıqlamağa kömək edir.
3. Keşniş toxumu
Sinir sistemini sakitləşdirən, sidik qovucu təsirə malik olan keşniş toxumu arterial təzyiqi salmağa kömək edir.
1 ç.q. keşniş toxumunu 1 stəkan isti suda dəmləyin, soyuyanda süzün, adi çay kimi için.
4. Kətan toxumu
Kətan toxumu Omeqa 3 yağlı turşular, amin turşuları və qidalı liflrlə zəngindir. Bu maddələr xolesterini və təzyiqi tənzimləməyə kömək edir.
Kətan toxumunu salatlara əlavə edin.
Həmçinin belə faydalı dəmləmə də hazırlamaq olar: 1 x.q. kətan toxumunun üzərinə yarım stəkan qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün, bir neçə damcı limon şirəsi əlavə edib için.
5. Zəncəfil
Zəncəfil ən tanınmış təbii təzyiq salan vasitədir. Zəncəfil damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, orqanizmə və o cümlədən damarlara iltihab əleyhinə təsir edir.
Zəncəfil dəmləməsini belə hazırlayın: 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfilin üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə saxlayın, süzün, çay kimi için.
Yüksək təzyiqdən əziyyət çəkənlər sadaladığımız vasitələrdən daim istifadə edə bilərlər. Bir həftə bir, növbəti həftə digər vasitəni qəbul edə bilərsiniz.