Bakıda "Dünya vətəndən başlayır" kitabının təqdimatı keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakıda "Dünya vətəndən başlayır" kitabının təqdimatı keçirilib. Xanım səyyah İradə Qədirovanın sayca 3-cü olan bu kitabın ən maraqlı mövzularından biri də "Kolanı kəndi, Şahbuz, Naxçıvan Muxtar Respublikası" adlı bölməsidir.

Təqdimatda çıxış edənlər müasir zamanda kitab oxuyanlarının say azlığının təəssüf hissi doğurduğunu, lakin belə kitabların işıq üzü görməsinin sevdirici hal olduğunu qeyd ediblər. Bildirilib ki, belə kitablar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynayır. Bu baxımdan mühüm önəm kəsb edən kitabda müəllif vətənin bir çox gəzməli, görməli yerlərindən danışıb. Kitabın xüsusi önəm kəsb edən hissəsi, səyyah getdiyi yerlərdəki insanların yaşam tərzi, məşğuliyyətini əks etdirməklə oxuculara güzgü tutmasıdır. 

Tədbirdə gənc səyyaha hədiyyələr verilib, ona yeni yaradıcılıq uğurları arzulanıb.

15 gün davam edən Naxçıvan səfərindən danışan müəllif İradə Qədirova kitabın ərsəyə gəlməsində yaddaqalan xatirələrini paylaşıb. Naxçıvanı gəzmək çoxdankı arzusu olduğunu dilə gətirən İradə Qədirova qədim tarixi ilə diqqəti cəlb edən, zəngin təbiəti ilə göz oxşayan bu doğma diyara yenə səfər edəcəyini bildirib, imzalı kitablarını oxuculara təqdim edi,onlarla xatirə fotosu çəkdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: