Milli Parkın ərazisində məskunlaşan heyvanlara qayğı göstərilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yüksək dağlıq ərazilərində heyvanat aləminin yemlənməsi üçün biotexniki tədbir keçirilib. Parkın əməkdaşları qarın çox yağdığı və heyvanat aləminin sıx məskunlaşdığı sahələrə yaz aylarından tədarük olunmuş ot, daş duz və müxtəlif  qaba yemlər dağıdıblar. Əsas məqsəd qış ayları dağlıq ərazilərində daha çox qar örtüyü olan Naxçıvan təbiətində olan heyvanat aləminin mineral maddələrə olan tələbatının ödənilməsi, normal qidalanması və yaza sağlam çıxmasına münbit şərait yaratmaqdır.

Qeyd edək ki, həyata keçirilən bu tədbirlər muxtar respublika ərazisində mövcud olan bütün xüsusi mühafizə statuslu təbiət ərazilərində davam etdirilir.

Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: