Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-29-da şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Həmçinin yanvarın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Xəbərdarlığa əsasən, ölkə ərazisində yanvarın 28-i və 29-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının arı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i və 29-da qərb küləyinin əsəcəyi, bəzi rayonlarda sürətinin arabir 15-20 metr olacağı, bəzi Kür çökəkliyi rayonlarında arabir 23-28 metrədək güclənəcəyi ehtimal edilir.