Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var

A- A A+

14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Bu barədə NUHÇIXAN-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: