Sabah Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
NUHÇIXAN xəbər verir ki, buna səbəb saat 18:00-dan 19:00-a qədər 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində aparılacaq təmir işləridir.
Odur ki, şəhərin Nəsrəddin Tusi küçəsində, Saat Meydanında, Maliyyə Nazirliyi, yerli Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişi qısa müddətə dayandırılacaq.