İlkin məlumata görə, yerli vaxtla saat 03:47-də Xəzər dənizində 4 maqnitudada zəlzələ qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, sentyabrın 14-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ baş verib.