Aztəminatlı ailəyə baş çəkilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN- a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun Yeni Kərki kəndində yaşayan aztəminatlı və çoxuşaqlı Babayevlər ailəsinə baş çəkilib. Ailə ilə görüş zamanı bildirilib ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün onların məşğulluq problemi həll olunur, aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir. Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, ərzaq payı verilib və uşaqların ehtiyaclarına uyğun köməkliklər göstərilib. Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndiriblər, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: