Naxçıvan şəhərində avtomobil motosikletlə toqquşub, bir nəfər xəsarət alıb - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində qeydə alınıb. 75-BM-846 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-A-213 dövlət nömrə nişanlı motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Naxçıvan şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Rəmzi Səfər oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: