Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıb - FOTOLAR

A- A A+

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesablarında Ağdam rayonunun yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntülərini paylaşıb.

NUHÇIXAN xatırladır ki, kəndin təməlini sentyabrın 19-da Prezident İlham Əliyev qoyub.

Kəndin Baş Plan layihəsini yerli mütəxəssislər hazırlayıb.

Sənədə əsasən, 300 hektara yaxın sahədə salınacaq Eyvazxanbəyli ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib. Kənddə 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, birinci mərhələdə tikiləcək evlər üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə salınacaq yaşayış məhəllələrinə 1563 nəfərin köçürülməsi məqsədilə iki, üç, dörd və beşotaqlı 427 fərdi evin inşası planlaşdırılır.

Kənddə həmçinin məktəb binası, uşaq bağçası, inzibati bina, Bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə digər zəruri tədbirlər də görüləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: