Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə "Kia Sportage" markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.
Bu barədə NUHÇIXAN-a Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.
Həmin avtomobillər artıq müvafiq qurumların istifadəsinə verilib.