Ordubadın kəndlərində avtomobil yolları yenidən qurulur - VİDEO
Ordubad rayon Kələntərdizə-Qoşadizə, Aza və Darkənd kəndlərindəki əsas yollar və kənddaxili yollarda təmir-tikinti işləri aparılır. NUHÇIXAN xəbər verir ki, artıq bu kəndlərdə ümumilikdə 4000 metr məsafədə yollara birinci qat asfalt verilib.
Kələntərdizə-Qoşadizə avtomobil yolunun uzunluğu 2,5 kilometrdir. Bu yol uzun illər istismar olunduğundan və təbii faktorların təsirindən yararsız hala düşüb. Hazırda bu iki kəndi birləşdirən əsas yol müasir standartlara uyğun olaraq yenidən inşa olunur. Artıq yolun 2 min metrdən artıq hissəsinə birinci qat asfalt verilib. Relyef nəzərə alınmaqla yol kənarında 2700 metrdən artıq məsafədə beton arx salınıb, körpü salınıb və su keçidləri təmir olunub.
Darkənd qəbristanlığından Aza kəndinədək olan 1000 metrdən artıq əsas yolda da bərkitmə işləri aparılıb, birinci qat asflat verilib, yol kənarlarında 700 metrdən artıq beton kanal çəkilib. Uzun illər tozlu-torpaqlı yollardan əziyyət çəkən sakinlər görülən işləri yüksək qiymətləndirir.
Ordubad rayonunun Aza kəndində də avtomobil yolu yenidən qurulur. Sözügedən yolun 1880 metrlik hissəsinə birinci asfalt qatı verilib. 1800 metrdən artıq beton su kanalı çəkilib, su keçidləri quraşdırlıb.