Gənclər üçün təşkil edilən xalçaçılıq kursu başa çatıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşəbbüsü ilə “Mənim ikinci peşəm” layihəsi çərçivəsində təşkil olunan xalçaçılıq kursu artıq başa çatıb. Kursu bitirən gənclərə sertifikatların təqdim olunması münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Fərid Seyidov bildirib ki, kurs sosial şəbəkələr üzərindən müraciət edərək seçilmiş 25 həvəskar gəncin iştirakı ilə təşkil olunub. Əsas məqsədi gənclər arasında sənətə və əlavə peşə sahələrinə maraq oyatmaq, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu xalçaçılıq sənətinin gələcək nəsillərə çatdırmaqdır.
4 gün davam edən kursda xalçaçı Həcər Hümbətova muxtar respublikada xalçaçılıq sənətinin inkişafı və tarixi haqqında ətraflı məlumat verib, gənclərə xalça toxumağı öyrədib.
Sonda kursda iştirak edən 25 gəncə sertifikatlar təqdim olunub.
Mədinə Rəhimli