Naxçıvanda prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
Naxçıvanda prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov çıxış edərək prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini prokurorluğun yaranmasının 106-cı il dönümü münasibətilə təbrik edib.
Qeyd edilib ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib.
Bundan sonra da prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında muxtar respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.