Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə aşkar edilib.
NUHÇIXAN Komitəyə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “gavalı və üzüm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli çizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsindəki yüklər boşaldılıb, kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama aparılıb.
Xidməti itin reaksiyasına əsasən üzüm yükü olan 80 yeşikdən gömrük nəzarətindən gizlədilən, ümumi xalis çəkisi 76 kq 135 qram təşkil edən narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.