Şahbuz rayon məktəbliləri arasında müsabiqə keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Naxçıvan-mənim doğma diyarım” mövzusunda  inşa yazı və şeir müsabiqəsi keçirilib.

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində keçirilən şeir müsabiqəsində şagirdlər muxtar respublikanın inkişafını, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən şeirləri  qiraət ediblər.

Münsiflər heyətinin yekun qərarına əsasən Ağbulaq kənd tam orta məktəbinin şagirdi Gülçin Hüseynova, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Ayşən Quliyeva, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Gülay Qarayeva digərlərindən fərqləniblər. Fərqlənən şagirdlərə  rayon təhsil şöbəsi və gənclər idman idarəsinin diplomları təqdim olunub.

Həmin gün rayonun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında  “Naxçıvan-mənim doğma diyarım” mövzusunda inşa-yazı müsabiqəsi də keçirilib. İnşa yazı  müsabiqəsində şagirdlər Naxçıvan Muxtar Respublikasının  dünəni və bu gününü, tarixi abidələrini, adət-ənənələrini, görkəmli şəxsiyyətlərini tərənnüm ediblər. Müsabiqədə  Kükü  kənd tam orta məktəbinin şagirdi Günel Vəliyeva, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Məryəm Məmmədli, Şahbuzkənd tam orta məktəbinin şagirdi Zərnişan Həsənəliyeva  digərlərindən fərqləniblər .

Qeyd edək ki, şeir və inşa müsabiqəsində fərqlənən şagirdlər muxtar respublika mərhələsində iştirak hüququ qazanıblar.

 

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: