Bəzi Dairə Seçki Komissiyalarının (DSK) tərkibində dəyişiklik edilib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın sədr müavini Rövzət Qasımovun təqdimatına əsasən, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 82 saylı İmişli-Saatlı Seçki Dairələrinin həlledici səs hüquqlu bəzi üzvləri vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub.
MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 83 saylı Beyləqan Seçki Dairəsinin tərkibində dəyişiklik edilib.
Qeyd olunan qərarlar səsə qoyularaq, qəbul olunub.