Naxçıvanda Heydər Əliyev su anbarına 200 min sazan körpəsi buraxılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında (MR) Heydər Əliyev su anbarına 200 min sazan körpəsi buraxılıb.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər və işçi heyəti, eləcə də Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya, digər rəsmi şəxslər və ekokönüllülər iştirak edib.

Məqsəd biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması olub.

Bu gün həmçinin Uzunoba su anbarına 50 min sazan körpəsi, eyni zamanda Kəklik və Turac quşları təbiətə buraxılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: