NUHÇIXAN bildirir ki, bu meyvəni "şimal limonu" adlandırırlar. Zirinc bir çox faydalı xüsusiyyətlərə malikdir.
- iltihabəleyhinə təsir edir
- mikrobları öldürür
- immun sistemini möhkəmləndirir
- arterial təzyiqi aşağı salır
- iştahanı artırır
- qanda şəkərin səviyyəsini aşağı salır
- orqanizmə şişəleyhinə təsir edir
- revmatik ağrıları azaldır
Zirinc çayı hazırlamaq üçün 1 çay qaşığı quru zirinc 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla yeməkdən əvvəl içilir. Çaya 1 çay qaşığı bal əlavə etdikdə onun faydalı xüsusiyyətləri daha da artır.
Bu çayı soyuqdəymə xəstəlikləri, angina, revmatik ağrılar zamanı qəbul etmək yaxşıdır.