NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi Brifinq keçirib, media nümayəndələrinə agentlik tərəfdən cari ilin 9 ayı ərzində görülən işlər haqqında məlumat verilib.
Bu ilin yanvar-sentyabr ayları ərzində sututarlarda 196,13 mln m3 su ehtiyatı mövcud olub. Su istifadəçilərinə 209,25 mln m3 su verilib, bunun müqabilində 168 924 hektar torpaq sahəsi suvarılıb. Həmçinin 11,14 km seləqarşı istiqamətləndirici bənd tikilib, 225,41 km beton və torpaq kanallar, 199,34 km ara arxlar, 40,2 km kollektor lildən təmizlənib, 27,3 km içməli su, 0,3 km kanalizasiya, 2,04 km suvarma boru, 3,41 km təzyiqli boru, 0,39 km kaptaj xətti çəkilib, 17,99 km mövcud içməli su xətlərində, 0,96 km kanalizasiya xətlərində, 4,71 km kaptajlarda, 0,05 km qapalı drenaj xətlərində, suvarma boru xətlərinin 10,87 km hissəsində və təzyiqli boru xətlərinin 11,17 km hissəsində təmir-bərpa işləri aparılıb.)
Malik Rzayev həmçinin məlumat verdi ki, yanvar-sentyabr ayları ərzində muxtar respublikada əhalinin içməli su təminatını da yaxşılaşdırmaq üçün 4.1 km içməli su xətti çəkilib, 17.99 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilərək ərazidə 276 evin içməli su xəttinə, 1776 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb, Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikinti işləri başa çatdırılıb.