Velosiped zolaqlarının salınması Naxçıvan şəhərində bir ilk idi - FOTOLAR
Son zamanlar Naxçıvanda yolların abadlaşdırılması ilə yanaşı piyada səkilərində velosiped və skuter yolları da çəkilib. Bu yolların çəkilməsi yollarda baş verə biləcək xətaların qarşısını minimuma yendirməkdir. Lakin son zamanlar şəhərdə artan maşın sıxlığı həm sürücüləri, həm də piyadarı tədirgin edir. Yolboyu hardangəldi keçən skuter və velosiped istifadəçilərinə rast gəlirik. Bəs bu kiçik nəqliyyat vasitələrindən istifadəçilər üstün cərimələr varmı?
Nuhçıxana müsahibəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov bildirir ki, velosiped zolaqlarının salınması Naxçıvan şəhərində bir ilk idi. Bu günə qədər Naxçıvan şəhərində velosiped zolağı olmayıb amma bu o demək deyil ki, burada velosiped və yaxud kiçik nəqliyyat vasitələri istifadə edilə bilməz. Bu velozolaqlar Naxçıvan şəhərində üç istiqamətdə müəyyənləşdirilib ki bu yolun ümumi uzunluğu 2 kilometrdir. Bu velozolaqlar Heydər Əliyev prospekti, İstiqlal küçəsi və Əziz Əliyev küçəsində bir biri ilə əlaqələndirilmiş şəkildə çəkilib. Bu velozolaqlar ilkin olaraq piyada səkilərində həyata keçirilib, hansı ki, həmin hissələrdə səkilərin eni kifayət qədərdir. Bu dünya praktikasında da var. Amma velosipedçilər və skuter sürücüləri çalışmalıdır ki, həmin rənglənmiş ərazidən qırağa çıxmasınlar ki, piyadalara üçün təhlükə yaranmasın. Bu zolaqlardan istifadə edən zaman diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməli və sürət həddini nəzarətdə saxlamalıdırlar. Həmin velozolaqlar avtomobil yolları ilə kəsişmələri var və həmin kəsişmələr piyada keçidlərinə paralel olaraq işarələnib. Həmin keçidlərdə də işıqforun rənglərinə uyğun hərəkətlərini davam etdirə bilərlər.
Küçə və yollarda velosiped və skuter neçə yaşdan etibarən sürülə bilər?
14 yaşından balaca uşaqların küçə və yollarda velosiped və skuter, 16 yaşından balaca uşaqların isə moped sürməsi qadağandır. Yol hərəkəti haqqında qanunda bu tip nəqliyyat vasitələrini idarəedən şəxslərə qarşı müəyyən qadağa və tövsiyələr var. Ekoloji cəhətdən heç bir təhlükəsi olmayan bu nəqliyyat vasitələrindən istifadə sağlamlıqdır. Lakin təhlükəli idarə edildikdə qəza qaçılmazdır. Qanunda deyilir ki, velosiped və elektroskuter yolu yoxdursa, yolun sağ kənar zolağında və ya zolağın sağında hərəkət etməlidirlər. Həmçinin bu kiçik nəqliyyat vasitələrini idarə edən şəxslərin qoruyucu dəbilqəsi olmalı və gecə vaxtı idarə zamanı işıq sistemi olmalıdır. Onları idarəedən şəxslərin geyimləri üzərində işıq əksetdirici elementlər olmalıdır ki, qarşıdan və arxadan gələn sürücü həmin elementləri görüb sürətini azalda və yaxud qəzanın qarşısını ala bilsin.
Bu gün elektroskuter və velosiped sürənlərin 95 faizi yetkinlik yaşına çatmayanlardır. Buna görə də sürücülərin üzərinə ağır məsuliyyət düşür. Onlar səbir nümayiş etdirməli, diqqətli olmağı bacarmalıdır.
Velosiped və elektroskuter sürənlər üçün cərimələr gözlənilir
İnzibati Xətalar Məcəlləsində cərimələr, velosiped, elektroskuter və moped sürənlər üçün 40 manatdan başlayır. Həmçinin velosiped və avtobus zolaqlarında nəqliyat vasitələrinin hərəkəti və dayanması 100 manat miqdarında cərimədir. Motodəbilqədə olmadan idarə onların idarəolunması, yol nişanlarına və işıqfora əməl olunmadan idarəolunma, yolayrıcından keçmə qaydalarının pozulması gətirib ona çıxarır ki, Yol Patrul Xidməti inspektoru onlara cərimə yaza bilər.
Yollar cizgilənir, nişanlar qurulur
Havaların sərinləməsi ilə əlaqədar yolların cizgilənməsi prosesi Dövlət Avtomobil Yolları Agentliyi tərəfindən DYP-nin təklifləri nəzərə alınmaqla həyata keçirilir. Yolun kənarını bildirən sarı xətlər, yolun nişanlanma xətləri, məlumatverici yol çizgilərinə qədər bütün dəyişikliklər Naxçıvan şəhərini əhatə edəcək. Bir ay müddətində Naxçıvan şəhərinin bütün yollarında nişanlanma xətləri yeni standartlara uyğun həyata keçiriləcək. Həm piyada keçidləri, həmdə yolun buraxma qabiliyyətinin artırılması barədə də tədbirlərdə davam etdirilir. Bununla bərabər Naxçıvan Muxtar Respublikasının bütün magistral yollarında manitorinq aparılıb və hər bir rayon üzrə müvafiq sayda yol nişanları sifariş olunub. Bu günə qədər mindən artıq yol nişanının quraşdırıldığı Naxçıvan şəhərində ən azı minə yaxın yol nişanının quraşdırılması da nəzərdə tutulur.
Tıxaclardan qurtulmaq üçün nə etməliyik?
Müsahibim bidlirir ki, son zamanlar Naxçıvan şəhərində tıxaclar müşahidə olunmaqdadır. Səhər, günorta və axşam saatlarında Əziz Əliyev küçəsində dördyol istiqamətində güclü tıxac müşahidə olunur. Dövlət Yol Polisi bununla bağlı küçə və yolarda monitorinq aparır. Həmçinin həmin ərazilərdə işıqforun iş rejiminə müəyyən müdaxilələr olunmaqla, zərurət yarandığı təqdirdə işıqforların tədbiqi qaydalarını dəyişdirməklə yollarda tıxacların qarşısı alınır. Əsasəndə dayanma durma qaydalarına düzgün əməl olunmadığı halda tıxaclar yaranır. Çalışmaq lazımdır ki, mümkün qədər ictimai nəqliyyata üstünlük verilsin. Zəruri hallarda şəxsi nəqliyyat vasitələrindən istifadə daha effektiv olur. Əgər şəxsi avtomobillərdən də istifadə ediriksə ən azından dayanma, durma qaydalarına ciddi əməl olunmalıdır. Artıq avtomobilini ikinci cərgədə saxlayan sürücülərin cərimə miqdarı 80 manat müəyyən olunub. Eyni zamanda taksi duracaqlarında digərə avtomobillərin park etməsi 40 manat miqdarında müəyyən olunub.
Naxçıvan Dövlət Universitetinə gedən yolda yolun sağ və sol kənarlarında əvvəllər parklanma olunurdu lakin tıxacların çoxluğunu nəzərə alaraq həmin istiqamətdə durmanı qadağan edildi, müvafiq yol nişanları quraşdırıldı, eyni zamanda Universitet meydançasında parklanma yerləri müəyyən edildi. Artıq bu istiqamətdə nişanların quraşıdırlması və qadağalar tədbiq etməklə yolun boşaldılmasına nail olunub. Yaxınvaxtlarda işıqforların iş rejimi dəyişildikdə o ərazidə yol tamamilə tıxacsız fəaliyyət göstərəcək.
Qısa zamanda Dövlət Yol Polsinin səyləri nəticəsində şəhərimizin yenidən təhlükəsiz şəhərə çevriləcəyinə şübhəmiz yoxdur. Bir vətəndaş olaraq unutmayaq ki, inzibati tənbehin əsas məqsədi həm inzibati xəta törətmiş şəxsin, həm də digər şəxslərin təkrar inzibati xəta törətməsini qarşısını almaqdır.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru