Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 450.972 vahid artıb və 2024-cü il oktyabr ayının 1-nə 1.852.887 təşkil edib.
Bu barədə NUHÇIXAN İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 430.502 vahid artaraq 970.424-ə çatıb.