Yeni Fərmanla birdəfəlik ödəmələr 12268 şəhidin vərəsələrini əhatə edir

A- A A+

Prezident İlham Əliyevin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 30 yanvar tarixli Fərmanı ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin, onların rifah halının yaxşılaşdırılmasının dövlət başçısının uğurlu sosial siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiq edir. Fərmana əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Həmin Fərman Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü alan 12 mindən çox şəhid ailəsini əhatə edəcək.

NUHÇIXAN xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, ümumilikdə, 2007-ci ildən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 3 dəfə artırılıb: “Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı digər bir Fərmanla isə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat vəsait ayrılıb. Bu da qeyd olunan kateqoriyaların mənzillə təminatı tədbirlərinin uğurla və yüksələn xətlə davam etdirilməsinə imkan yaradır. Ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, o cümlədən, 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzil təqdim olunacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: