Naxçıvanda avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb
NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Zeynəddin kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilib ki, "Qaz 24-10" markalı avtomobil Zeynəddin kənd sakini, 1939-cu il təvəllüdlü Almaz Məmmədovanı vurub və hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü Z.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Xəsarət alan A.Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib, vəziyyəti orta-ağırdır.