Ali Məclis sədrinin birinci müavini Ordubad şəhərində seçicilərilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ordubad rayonuna gedib.
Əvvəlcə rayon mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini, Şəhidlər xiyabanında Vətən oğullarının məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb.
Ali Məclis sədrinin birinci müavini Ordubad şəhərindəki zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada Vətən müharibəsi qazisi və Çernobıl əlili üçün nəzərdə tutulan ikiotaqlı mənzillərdə, XVII əsrə aid Cümə məscidində və “Sahil” mehmanxanasının ərazisində aparılan işlərlə tanış olub.
Sonra Bəxtiyar Məmmədov rayon mərkəzindəki Rabitə evində seçicilərilə görüşüb.
Görüşdə vətəndaşların problemləri dinlənilib, onları narahat edən məsələlərin həlli yollarına dair təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.