Muxtar Babayev: Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirik

A- A A+

İqlim dəyişikliyinin yaratdığı problemləri sərhədlər, dar düşüncələr, dar maraqlar çərçivəsində həll etmək olmaz. Biz bir yerdə işləməli, açıq və dürüst dialoqda iştirak etməliyik. Sessiya COP29-da uğurlu danışıqların aparılması üçün təşkil olunub. Gündəlikdə duran məsələlərin əhəmiyyətini nəzərə alaraq biz mümkün qədər onları əvvəlcədən razılaşdırmalıyıq.

NUHÇIXAN xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən PRE-COP29 açılış mərasimində deyib.

“İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) COP29 Sədrliyinin əsas prioritet istiqamətidir. Məqsədimiz odur ki, fəaliyyətlərə və inkişaf edən ölkələrə təkan verək və problemin mahiyyətini hər kəsə çatdıraq. Biz mümkün elementlər üzrə dəyişiklikləri görməliyik. Diqqəti təməlin qoyulmasına ciddi yönəltməliyik ki, digər məsələlər üzrə də müzakirələr müvəffəqiyyətli keçsin. Eyni zamanda, məsuliyyətimizi ciddi qəbul etməli, müddətləri nəzərə almalı və həllər ortaya qoymalıyıq. Məqsədlərə nail olunmasında şəffaflığı, əlçatanlığı, ədaləti təmin etməliyik. Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirik. Bu, maliyyə və texniki resursları səfərbər etmək üçün çox vacibdir. Çünki bu, iddialarımızı irəli aparacaq və karbon bazarlarının yaradılması ilə əlaqədar daha ciddi nailiyyətlər ortaya qoyacaq. Hazırda niyyətləri konkret nəticələrə çevirməli olduğumuzu düşünürük. Biz körpülər yaradırıq, lakin tələb olunan daha böyükdür”, - deyə nazir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: