Naxçıvanda fevral ayının hava proqnozu açıqlanıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında fevral  ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən  məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında fevralda havanın orta aylıq temperaturunun  0-3° şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Temperaturun gecələr 3-8°, bəzi günlərdə 10-15°, dağlarda 15-20° şaxta, gündüzlər 4-9° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 11-29 mm) gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: