“İqlim fəaliyyətinə uyğunlaşmanın vacibliyi göz önündədir. Qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmağı bacarsaq belə, hələ də bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir”.
NUHÇIXAN xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O qeyd edib ki, cari ilin əvvəlində Tonqada Sakit Okean Adaları Forumunda kiçik adaların və inkişaf etməkdə olan dövlətlərin üzləşdiyi problemin miqyası müzakirə edilib: “Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına görə, Sub-Sahara Afrikasında bu onillikdə adaptasiya xərclərinin ildə 50 milyard dollara qədər olduğu təxmin edilir.
Bununla belə, uyğunlaşmanın maliyyələşdirilməsi və həyata keçirilməsində hələ də aydın boşluqlar mövcuddur”, - deyə nazir əlavə edib.