Naxçıvan Muxtar Respublikasında (MR) “DƏSTƏK” Fondu tərəfindən bu ilin 9 ayı ərzində sərf olunan vəsaitin həcmi açıqlanıb.
NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan MR-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 868 min 072 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub:
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 106 nəfərə 96 min 731 manat;
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 230 nəfərə 559 min 730 manat;
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 21 nəfərə 165 min 902 manat;
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 2 nəfərə 8 min 900 manat
Digər istiqamətlər üzrə - 36 min 809 manat.