Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin yanvar ayında bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 14 yanvar tarixli qərarları ilə “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 2011-ci il 11 yanvar tarixli 5 nömrəli və “Naxçıvan Muxtar Respublikasında bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 15 mart tarixli 46 nömrəli qərarlarında, “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluqkeçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nda, “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda, “Elektron xidmət növlərinin Siyahısı”nda və “Təhsilmüəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri”ndə dəyişikliklər edilib. Bundan başqa, Nazirlər Kabinetinin 2019-cu il 30 yanvar tarixli Qərarı ilə “Şərur Rayon Mərkəzi Xəstəxanası” və “Şərur Rayon Uşaq Xəstəxanası” publik hüquqi şəxslərinin nizamnamələri təsdiq edilib. Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: