Azərbaycanda mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri müəyyənləşir

A- A A+

Azərbaycanda mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri müəyyənləşir.

NUHÇIXAN xəbər verir ki, yeni hazırlanan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə əksini tapan istiqamət kimi əhalinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi, sosial və ekoloji inkişafa şəraitin yaradılması məqsədilə partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılması, minatəmizləmə fəaliyyətinin təhlükəsiz və səmərəli təşkili üçün normativ hüquqi bazanın formalaşdırılması, təhlükəli ərazilərdə həyat və sağlamlıq üçün təhlükənin olması barədə əhalinin məlumat almaq hüququnun təmin edilməsi, zərərçəkmişlərə qanunla müəyyən edilmiş dəstək tədbirlərinin göstərilməsi və minatəmizləyənlərə təminatların verilməsi müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: