“Bütün işğaldan azad edilmiş ərazilərdə köç plana uyğun şəkildə həyata keçirilir”.
NUHÇIXAN xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, həmçinin Ağdam, Xocavənd və Füzuli rayonlarında da köç prosesi davam etdirilir: “Bu ilin sonuna qədər Ağdam rayonunun üç kəndinə köç prosesi başlanılacaq. Söhbət Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərindən gedir. Bundan başqa, Ağdamın Qərvənd kəndində bərpa işləri aparılır. Ağdam şəhərinin ikinci məhəlləsində tikinti işləri başlanılıb. Bu məhəlləyə gələn ilin sentyabr-oktyabr aylarında köç nəzərdə tutulur”.
E.Hüseynov bildirib ki, Füzuli şəhərinin Dövlətyarlı və Pirəhmədli kəndlərinin torpaq işləri yekunlaşdırılıb, bu yaxınlarda evlərin tikintisi ilə bağlı layihələrə start veriləcək.