Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır.
Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib.
Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.